...

Kanadalı parlamentarilər Qafqaz, Azərbaycan və Qarabağla bağlı məsələni müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Oktyabr 2006 11:51 (UTC +04:00)

Oktyabrın sonunda Ottavada Kanadanın Yeni Demokrat Partiyasının (YDP) təşəbbüsü ilə keçiriləcək görüşdə Qafqaz, Azərbaycan və Qarabağla bağlı məsələ müzakirə olunacaq. Bu barədə Trend ə Azərbaycan Strateji Araşdırmalar Mərkəzindən bildiriblər.

Görüşdə adıçəkilən mərkəzin rəhbəri Aslan Xalidi də iştirak edəcək. Onu da qeyd edək ki, A.Xalidi eyni zamanda YDP-nin üzvüdür. YDP Kanada parlamentində 30 millət vəkili ilə təmsil olunur.

Parlamentdə təmsil olunan millət vəkillərinin də iştirakı ilə reallaşacaq bu görüşdə soydaşımız Aslan Xalidinin Azərbaycanın bölgədə və dünyada siyasi-iqtisadi mövqeyinin güclənməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında həqiqətlər, Xocalı faciəsi mövzuları ətrafında çıxışı gözlənilir. Məqsəd Xocalı soyqırımı məsələsinin Ottavadakı rəsmi dairələrin, o cümlədən Kanada parlamentinin müzakirəsinə çıxarılmasına, erməni separatçıları tərəfindən Azərbaycan millətinə qarşı həyata keçirilmiş soyqırımın dövlət səviyyəsində tanınmasına, ona hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Görüşdən sonra keçiriləcək brifinqdə partiya üzvü kimi Aslan Xalidi də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti