...

Aydın Mirzəzadə: "Obyektiv halların çoxalması deməyə əsas verir ki, Qarabağ münaqişəsi həll edilməyə doğru gedir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2006 18:23 (UTC +04:00)

"ATƏT-in Minsk qrupunun həmsədrləri artıq öz vəzifələrinə çox ciddi yanaşmağa başlayıblar". Bu fikirləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri Daimi Komissiyasının sədr müavini
Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, həmsədrlərin bölgəyə səfərləri intensivləşib: "Minsk qrupu vasitəçilərinin səfərlərinin ardıcıl xarakter alması, müzakirə edilən məsələlərin vaxtaşırı gündəmə gətirilməsi, digər tərəfdən, artıq obyektiv halların çoxalması onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi həll edilməyə doğru gedir"-deyə millət vəkili qeyd edib.

A.Mirzəzadə vurğulayıb ki, bu məsələlərdə radikal mövqe tutan Ermənistan hakimiyyət orqanlarının siyasətini başa düşmək olar. Çünki onlar məhz radikal, millətçi dalğa ilə hakimiyyətə gəliblər. A.Mirzəzadə hesab edir ki, əgər hakimiyyətin radikal mövqeyi ermənilərin maraqlarına cavab verməzsə, Ermənistan cəmiyyəti qarşıdakı seçkilərdə başqa cür münasibət bildirə bilər.

Xəbər lenti

Xəbər lenti