Ermənistan və Azərbaycan prezidentlərinin görüşü Dağlıq Qarabağ probleminin nizamlanmasında irəliyə atılan addım ola bilərdi. Bu barədə çərşənbə günü jurnalistlərə Ermənistanın baş naziri Andranik Markaryan bildirib.
"Görüşün keçirilmə imkanı irəliya atılan addım ola bilərdi və iki ölkənin xarici işlər nazirlərinin müəyyən məsələlər üzrə ümumi yanaşmalar tapdığı anlamını verə bilərdi", - deyə hökümət başçısı qeyd edib.
"Təbii ki, bu məsələlər prezidentlərin görüşündə daha ətraflı müzakirə olunacaq", - deyə Markaryan qeyd edib. "Mən bu cür görüşün keçirilməsini alqışlayardım", - deyə o əlavə edib.
Trend Novosti- Armeniya agentliyinə istinadən xəbər verir ki, bir gün əvvəl Ermənistan və Azərbaycan xarici işlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarovun Brüsseldəki görüşündə ATƏT Minsk qrupunun həmsədrləri iki ölkə prezidentlərinin görüşünün məqsədəuyğunluğunu müzakirə etməyi təklif ediblər.
Ermənistanın xarici işlər naziri Brüsseldə Qarabağ məsələsi üzrə Vardan Oskanyan və Elmar Məmmədyarov arasında baş tutmuş danışıqların konstruktiv olduğunu hesab edir.