...

Türkiyənin QİƏT PA-dakı nümayəndə heyətinin başçısı: Ermənistanın Azərbaycan və Türkiyə ilə münaqişələrin həlli üçün atdığı addımlar onun özü üçün faydalı olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2006 14:30 (UTC +04:00)

Ermənistanın nümayəndə heyətinin QİƏT PA-nın Bakıda keçirilən növbəti toplantısında iştirak etməməsi Ermənistanın öz işidir. Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Türkiyənin QİƏT PA-dakı nümayəndə heyətinin başçısı Mustafa Baş bildirib.

O əlavə edib ki, ölkələr arasında əməkdaşlığın inkişafı, bölgədə problemlərin həlli və tərəqqiyə nail olmaq üçün tədbirdə bütün ölkələrin iştirakı mühüm ola bilərdi. M.Baş bildirib ki, Ermənistanın belə görüşlərdə iştirakı mövcud problemlərin həllindən sonra arzuolunan ola bilər.

"Türkiyə artıq bu məsələ üzrə həm Azərbaycan, həm də Avropa Birliyinə dair öz mövqeyini bildirib. Avropa Birliyi Ermənistanla münasibətlərin bərpa olunmasını Türkiyənin qabağına bir şərt kimi qoyub. Lakin biz hesab edirik ki, bütün ölkələrin ərazi bütövlüyü təmin olunmalı, digər xarici dövlətlərin əraziləri işğal olunmamalıdır", - deyə Türkiyə nümayəndəsi bəyan edib.

M.Baş hesab edir ki, Ermənistan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 12 ölkədən biridir və mövcud problemləri həll etmədiyindən bu görüşdə iştirak etmir və bunun nəticəsində ölkə iqtisadi problemlərlə üzləşir. M.Baş qeyd edib ki, Ermənistanın bu münaqişələrin həlli üçün addımlar atması onun özü üçün faydalı olacaq.

Xəbər lenti

Xəbər lenti