...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2006 15:16 (UTC +04:00)

Dekabrın 4-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Monitorinqi təmas xəttinin Azərbaycan tərəfində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İmre Palatinus və Günter Folk, qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Miroslav Vimetal vəJaslan Nurtazin keçirib.

Xəbər lenti

Xəbər lenti