...

Rəsmi Ankara Dağlıq Qarabağdakı "referendum"u pisləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2006 17:26

Trend-i buradan izləyin

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, dekabrın 10-da Dağlıq Qarabağda keçirilmiş "referendum"un nəticələrini tanımır. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

Türkiyə XİN -in bəyanatında qeyd olunub ki, Dağlıq Qarabağda keçirilən "referendum" - beynəlxalq hüquqa qarşı saymazlıqdır. "Referendumun sonunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi "suveren, demokratik, qanuni, sosial dövlət - Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunub", - deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub və bildirilib ki, bu bir daha Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq edir, bu isə beynəlxalq hüquqa ziddir.

Türkiyə XİN Azərbaycanın siyasi vahidliyinin, onun suverenliyinin və ərazi bütövlüyünün Ermənistan tərəfindən yenidən pozulması hesab edilən bu aktı pisləyir. Rəsmi Ankara milyondan çox azərbaycanlının öz torpaqlarında qaçqın olması faktını işğalçılığın nəticəsi kimi göstərir. "Şübhəsiz, Dağlıq Qarabağda "konstitusiya referendumunun" keçirilməsi haqqında qərar münaqişənin sülh yolu ilə həll olunması cəhdinə etinasızlıqdan başqa bir şey deyil", - deyə bəyanatda vurğulanıb, eləcə də dünya ictimaiyyəti qondarma "referendum"u pisləməyə və onun nəticələrini qəbul etməməyə çağırılır.

Xəbər lenti

Xəbər lenti