...

Azərbaycan Müdafiə Nazirliyi Milli Ordunun daha bir əsgərinin həlak olduğunu açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri dünən saat 12:00-dan başlayaraq Ağdamın işğal altında olan Mərzili kəndindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini atəşə tutub. 14:00-a qədər davam edən atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri 1988-ci il təvəllüdlü Vahab Əbdülrəhmanov Əbdülkərim oğlu baş nahiyəsindən aldığı güllə yarası nəticəsində həlak olub. Vahabov 2006-cı ilin iyununda Şəki şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti