...

Köçəryan ATƏT-in Minsk qrupunun İlham Əliyevlə iyunun 10-da Sankt-Peterburqda görüşmək təklifini müsbət qarşılayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 14:06 (UTC +04:00)

. Ermənistan prezidenti Robert Köçəryan ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyevlə iyunun 10-da Sankt-Peterburqda görüşü barədə təklifini müsbət qarşılayıb. Bu barədə cümə axşamı Yerevanda ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov Yerevana səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib. Bu barədə " Novosti-Armeniə " məlumat verib.

"Səfərin əsas yekunu - MDB iştirakçı dövlətlərinin iyunun 10-da Sankt-Peterburqda qeyri-formal sammiti çərçivəsi xaricində prezidentlərin görüşünün vacibliyi barədə həmsədrlərin təklifinə prezident Köçəryanın müsbət cavab verməsidir" - deyə o bildirib.

Rusiyalı həmsədr "Həmçinin Bakıda bu görüşə dair prezidentin razılığının alınacağına" ümidvar olduğunu bildirib.

Merzlyakovun sözlərinə görə, həmsədrlər Yerevanda "ölkə prezidenti Robert Köçəryanla kifayət qədər məzmunlu görüş" keçirib.

"Biz həmçinin baş nazir Serj Sarkisyanla da görüşmüşük. Gün ərzində XİN rəhbəri Vardan Oskanyanla iki dəfə danışıqlar aparılıb" - deyə o əlavə edib.

ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrləri Bernar Fasye və Yuri Merzlyakov mayın 23-dən regional səfərlə Ermənistanda olub.

Cümə axşamı, mayın 24-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya yola düşüb.

Xəbər lenti

Xəbər lenti