...

Ermənistan XİN rəhbəri: Yalnız Qarabağın müqəddəratı məsələsi həll olunduqdan sonra digər bəndlərə müraciət etmək mümkün olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2007 16:54 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Ermənistan üçün prioritet məsələ Dağlıq Qarabağ xalqının müqəddəratını təyin etməsi məsələsidir. Bu barədə bu gün jurnalistlərə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bəyan edib.

Onun sözlərinə görə, yalnız bu məsələnin tamamilə razılaşdırılmasından sonra digər bəndlərə müraciət etmək mümkün olacaq. "Bu məsələ həll olunmadan biz digər mövzularla bağlı danışıqlardan imtina edəcəyik", deyə o qeyd edib. Bu barədə PanARMENIAN məlumat verib.

Avropa Şurası baş katibi Terri Devisin Qarabağ probleminin Azərbaycan və Ermənistanda prezident seçkilərinə qədər həll olunmasına ümidvar olduğu barədə bəyanatını şərh edərkən xarici işlər naziri qeyd edib ki, "bu arzuolunan olardı, lakin konkret proqnozlar etmək çətindir".

Qarabağ prosesində ATƏT Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrlərinin "Azərbaycanın ərazi bütövlüyünün tanınması" barədə bəyanatlarını nəzərə alaraq iştirakına nə qədər haqq qazandırılması barədə danışarkən Vardan Oskanyan bəyan edib ki, vasitəçilər Dağlıq Qarabağla bağlı məsələdə münaqişənin danışıqlar yolu ilə həll olunmasından ibarət olan vahid nöqteyi-nəzərdən çıxış edir. "Bununla belə hər hansı bir məhdudiyyət olmadan istənilən qərar ola bilər", deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti