...

AŞ PA bütün dünyada dinlərarası dialoq və tolerantlığın tərəfdarıdır, -AŞ Parlament Assambleyasının sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2007 20:03 (UTC +04:00)
AŞ PA bütün dünyada dinlərarası dialoq və tolerantlığın tərəfdarıdır, -AŞ Parlament Assambleyasının sədri

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Biz bütün dünyada dinlərarası dialoq və tolerantlığın tərəfdarıyıq. Bunu bazar ertəsi Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə görüşündə AŞ PA sədri Rene van der Linden bildirib.

"Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərlərinin bizim görüşümüzdə iştirakı məni sevindirir", - deyə o bildirib. Təşkilatın sədri bildirib ki, son üç ildə AŞ PA dinlərarası dialoq məsələlərinə xüsusi diqqət ayırır. Onun sözlərinə görə, AŞ PA tarixində ilk dəfə İslam Konfransı Təşkilatının baş katibi AŞ PA sessiyasında tolerantlıq mövzusunda çıxış edib. "Bizim ümumi dəyərlərimiz mövcuddur ki, bunların sırasında insanların məzhəblərinə hörmət də var",-deyə AŞ PA sədri bildirib.

Qafqaz müsəlmanlarının dini lideri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin sülh şəraitində normal mövcudluğu üçün hər bi şərait yaradılır. Azərbaycan öz tolerantlığına görə, regionun digər ölkələrindən fərqlənir. Onun sözlərinə görə, Azərbaycanda dövlətlə din arasında problem yoxdur.

Şeyxülislam AŞ PA sədrinə Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı bəyanatına görə təşəkkür edib. "Biz probemin sülh yolu ilə həllinə tərəfdarıq. Biz müharibə və qan tökməyin əleyhinəyik", - deyə şeyxülislam bəyan edib.

Xəbər lenti

Xəbər lenti