...

Atəşkəsin pozulması nəticəsində Ağdamın cəbhə xəttində yerləşən kəndlərə xeyli ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Avqust 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu / Avqustun əvvəllərindən Ağdam istiqamətində atəşkəsi pozmaqda fəallıq göstərən erməni silahlı birləşmələri ilə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələri olan Çıraqlı, Əhmədağalı kəndlərinə xeyli ziyan dəyib. Ağdam rayon İcra Hakimiyyətindan verilən məlumata görə, təmas xəttinin bir neçə yüz metrliyində yerləşən  200-ə yaxın fərdi yaşayış evlərinin dam örtükləri, qapı və pəncərələri ermənilər tərəfindən açılan atəş nəticəsində tamamilə dağılıb. Bundan başqa, ermənilərin kəndi atəşə tutması nəticəsində kənd təsərrüfatına xeyli ziyan dəyib. Çünki ermənilərin atəş açması səbəbindən Çıraqlı və Əhmədağalı sakinləri əkin sahələrinə çıxıb təsərrüfatla məşğul ola bilmirlər. Adıçəkilən kəndlərin sakinləri mal-qaranı da otlaq sahələrinə buraxmırlar. Ermənilər mal-qaranı da hədəfə alır. Son bir neçə gündə ermənilərin açdığı atəş nəticəsində beşdən çox mal-qara öldürülüb.

Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, aparılan araşdırmalardan sonra vətəndaşlara evlərinə dəymiş ziyana görə rayonun daxili büdcəsi hesabına müəyyən köməklik göstəriləcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti