...

Zbiqnev Rıbatski NATO-nun Cənubi Qafqazda rabitə üzrə yeni zabiti təyin olunub

Siyasət Materials 25 Sentyabr 2007 17:38 (UTC +04:00)

NATO-nun Baş Katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simpson bu gün NATO-nun İrəvandakı Məlumat Mərkəzinə baş çəkib.

"Mediamaks"-ın verdiyi məlumata görə, Simpson səfər zamanı mərkəzin əməkdaşlarına NATO-nun Cənubi Qafqazdakı rabitə üzrə yeni zabiti Zbiqnev Rıbatskini təqdim edib. Görüş zamanı Mərkəzin, Ermənistan cəmiyyətinin NATO ilə bağlı məlumatının artırmasına və Ermənistanın alyansla əməkdaşlığına yönəlmiş təşəbbüsləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti