...

Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin bərpa olunmasını mümkün hesab edir

Siyasət Materials 3 Oktyabr 2007 13:50 (UTC +04:00)
Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin bərpa olunmasını mümkün hesab edir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanın hakim partiyası ölkədə proporsional seçki sisteminin bərpa olunmasını mümkün hesab edir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov çərşənbə günü Bakıda bildirib ki, Azərbaycanda proporsional seçki sisteminin bərpa olunmasına dair təkliflər var. "Bu təklifləri təqdir etmək lazımdır" - deyə YAP rəsmisi əlavə edib.

Azərbaycanda əvvəllər qarışıq-proporsional və mojaritar seçki sistemi mövcud olub və parlament seçkiləri bu sestem üzrə keçirilib. 2002-ci ilin avqustunda Konstitusiya islahatlarına dair keçirilən referendum nəticəsində proporsional seçki sistemi ləğv olunub və tam olaraq mojaritar seçki sisteminə keçilib. Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir necə millət vəkili, hakimiyyətyönlü Ana Vətən Partiyası, müxalifət partiyaları və beynəlxalq təşkilatlar proporsional seçki sisteminin bərpa olunmasını vacib hesab edirlər.

YAP rəsmisi vurğulayıb ki, proporsional seçki sisteminin müxtəlif formaları var. Azərbaycanda isə əvvəllər bunun bir variantı tətbiq olunub. Bu formalardan hansının tətbiq olunması məsələsi müzakirə oluna bilər.

"Mojaritar sistemdə hansı çatışmamazlığın olduğu, proporsional seçki sisteminin hansı üstünlüklərinin olduğu araşdırılmalıdır. Bunları müzakirə edib, hansı sistemi tətbiq etsək daha effektiv nəticə verəcəyini müyyənləşdirməliyik" - deyə Novruzov əlavə edib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti