...

Azərbaycan MDB-nin inkişaf Konsepsiyasını əlahiddə fikir ilə imzalayıb

Siyasət Materials 6 Oktyabr 2007 02:55 (UTC +04:00)
Azərbaycan MDB-nin inkişaf Konsepsiyasını əlahiddə fikir ilə imzalayıb

Azərbaycan MDB-nin sammitində qəbul olunmuş MDB-nin inkişaf Konsepsiyasını əlahiddə fikir ilə imzalayıb. Rossiya telekanalının yaydığı məlumata görə, bu haqda İTARR-TASSa MDB Katibliyində olan mənbə bildirib.

"Konsepsiyanı Gürcüstan və Türkmənistan imzalamayıb. Azərbaycan sənədə qoşulub, onu imzalayıb, lakin əlahiddə fikir ilə" - deyə mənbə bildirib. "Bu isə o deməkdir ki, Bakı sənədin icrasında iştirak edəcək, lakin bütün bəndlər üzrə deyil" - deyə, o aydınlıq gətirib.

Mənbənin sözlərinə görə, "Heç nəyə baxmayaraq Konsepsiya qüvvəyə minmiş sayılır, lakin tam şəkildə ona əməl etməyə sənədi imzalayan ölkələr öhdəlik götürüb".

Xəbər lenti

Xəbər lenti