...

Prezident: "Serbiya beynəlxalq münasibətləri normallaşdırdıqdan sonra ətraf mühitin qorunmasına ciddi diqqət yetirir"

Siyasət Materials 10 Oktyabr 2007 15:09 (UTC +04:00)
Prezident: "Serbiya beynəlxalq münasibətləri normallaşdırdıqdan sonra ətraf mühitin qorunmasına ciddi diqqət yetirir"

Serbiya, Belqrad/ Trend müxbir E.Hüseynli/ Dünya ölkələri iqlim dəyişikliyinə qarşı birgə mübarizəni gücləndirməlidirlər. Bunu çərşənbə günü Belqradda keçirilən 6-cı ekologiya nazirlərinin toplantısında çıxış edən Serbiyanın prezidenti Boris Tadiç bildirib.

Onun sözlərinə görə, ətraf mühitin qorunması ücün dünya dövlətlərinin birgə mübarizə aparmasından başqa alternativ yolu yoxdur.

"Serbiya beynəlxalq münasibətləri normallaşdırdıqdan sonra ətraf mühitin qorunması istiqamətində işlərə başlayıb və bir neçə beynəlxalq sazişləri ratifikasiya edib" - deyə prezident Tadiç söyləyib.

Serbiya prezidenti çıxışında təklif edib ki, dünya dövlətlərində ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəzi sahələr vergidən azad olunmalıdır. Onun fikrincə, ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işi də gücləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti