...

İnsan alverinə qarşı mübarizə üzrə Milli koordinator parlamentə hesabat verib

Siyasət Materials 19 Oktyabr 2007 15:37 (UTC +04:00)

Azərbaycan Trend , müxbir İ.Əlizadə/ Həyata keçirilən profilaktik işlər və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, 2004-2006-ci illərdə Azərbaycanda insan alveri cinayətləri ilə bağlı 689 fakt aşkarlanıb və 695 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Milli Məcslisin cümə günü keçirilən iclasında, deputatlar qarşısında illik hesabat verən İnsan Alverinə Qarşı Mübarizə üzrə milli kooridnator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

Eyvazov qeyd edib ki, 2004-2006-ci illərdə insan alverinin qurbanı olan 273 nəfər müəyyən edilib, 83 cinayətkər qrup, o cümlədən, 15 mütəşəkkil dəstə ifşa olunub. Həmin dövrdə, ictimai mənəviyyata zidd əməllərinə görə, 1242 nəfər haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Eyvazov qeyd edib ki, araşdırmalar nəticəsində məlum olub ki, insan alverinin qurbanları Azərbaycandan, əsasən, Birləşmiş Ərəb Əmirliklərinə, Pakistana, İrana, Hindistana, Türkiyəyə aparılır.

"Bu gün beynəlxalq qurumların siyahısında Azərbaycan insan alverində mənbə və tranzit ölkə kimi qeyd olunur. Təyinat ölkələrindən olan Türkiyə, Pakistan və İranla əməkdaşlıq əlaqələri,bu ölkələrlə bağlanmış qarşılıqlı hüquqi yardım və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsinə aid Müqavilə və Sazişlər əsasında qurulur. Belə beynəlxalq sənədin Birləşmiş Ərəb Əmirliklərinin aidiyyatı dövlət strukturu ilə imzalanması nəzərdə tutulur ".

Milli koordinator bildirib ki, insan alveri cinayyətkarlığı ilə mübarizəni gücləndirmək məqsədilə, belə hüquqazidd əməllərlə məşğul olanlar, o cümlədən, ölkə ərazisində fəaliyyət göstərən internat məktəblərində və uşaq evlərində körpələrin övladlığa götürmə prosesi əməliyyat nəzarətində saxlanılır.

Eyvazovun sözlərinə görə, insan alverinin potensial qurbanları avaralıq və dilənçiliklə məşğul olanlar , səfil, əxlaqa zidd həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən yayınan yetkinlik yaşına çatmayanlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılı olan şəxslərdir ki, bunlarla lazımi iş aparılır. Bu haqda, eləcə də, internat məktəbləri, uşaq və körpələr evlərində övladlığa götürülən, qəyyumluğa, himayədar ailələrə, habelə yerli və əcnəbi vətəndaşlara övladlığa verilən uşaqlar, Azərbaycanda və xarici ölkələrdə işlə təmin etmə üzrə vasitəçilik fəaliyyəti göstərən huquqi və fiziki şəxslər, şirkətlər, agentliklər barədə məlumatları əks etdirən vahid məlumat bazası yaradılıb: "ABŞ Dövlət Departamentinin ötən il üçün hesabatında Azərbaycanın bir pillə yüksələrək, "2-ci qrup" ölkələr siyahısına aid edilməsi və bu il də həmin mövqeyi qoruyub saxlaması, insan alverinə qarşı mübarizə sahəsində ölkədə görülən məqsədyönlü işlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər".

Xəbər lenti

Xəbər lenti