...

Azərbaycanın şimal-qərb regionunda yol polisinə müqavimət göstərən avtoxuliqanlar həbs edilib

Siyasət Materials 24 Oktyabr 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Yol polisinin Azərbaycanın şimal-qərb bölgəsində keçirdiyi reydlər nəticəsində 153 avtomobilin sürücüsü saxlanılıb. Trend in bölgə müxbirinin məlumatına görə, bölgədə yerləşən 5 rayonda 151 avtomobil görməni məhdudlaşdıran plyonka və pərdədən istifadə etdiyinə görə cərimələnib, 2 sürücü isə avtoxuliqanlığa görə həbs edilib.

Paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşən Şəki rayonunda 36 avtomobilə inzibati protokol tərtib edilib. Şəki Dövlət Yol Polisinin rəisi Məmməd Məmmədov Trend ə bildirib ki, reydlər zamanı bir nəfər sürücü, Nizami Yusifov avtoxuliqanlığa görə həbs edilib.

Paytaxt Bakıdan 441 kilometr şimal-qərbdə yerləşən Balakən rayonunda isə 29 sürücü eyni xarakterli ənələ görə cərimələnib, bir nəfər isə polisə müqavimət göstərdiyinə görə həbs edilib.

Paytaxt Bakıdan 418 kilometr şimal-qərbdə yerləşən Zaqatala rayonunda isə 32 sürücü, Qax rayonunda 45, Oğuz rayonunda isə 10 sürücü cərimələnib.

Reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti