...

Səfir: "Bakıda Azərbaycan və İsveçrənin energetika və ticarət-iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə olunacaq"

Siyasət Materials 24 Oktyabr 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Ağayeva/ Bakıda Azərbaycan və İsveçrənin energetika və ticarət-iqtisadi sahədə əməkdaşlığının inkişafı noyabrın 14-15-də Bakıda iki ölkənin hökumət nümayəndələri tərəfindən müzakirə olunacaq. Çərşənbə günü Azərbaycanın İsverədəki səfiri Elçin Əmirbəyovun verdiyi məlumata görə, danışıqlar Azərbaycan-İsveçrə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası zamanı aparılacaq.

"Komissiyanın iclasında İsveçrənin Azərbaycanın ÜTT-yə daxil olması prosesinə kömək göstərməsi, Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, təsərrüfat sahəsində çalışan subyektlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunacaq" - deyə səfir bildirib. Komissiya nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq məsələlərinə də baxacaq.

Danışıqlarda Azərbaycan tərəfi ilə iki ölkənin energetika sahəsində əməkdaşlıq məsələlərinə də toxunulacağı gözlənilir. İsveçrənin "Elektrizitats-Gesellschaft Laufenburg" AG (EGL) energetika şirkəti İtaliya və Albaniya arasında qaz kəmərinin tikintisi layihəsi üzərinə işləyir. Qaz kəməri ilə nəql olunacaq qazın müəyyən hissəsi Azərbaycan və İranda hasil olunacaq. Layihə İsveçrə hökuməti tərəfindən dəstəklənir. Hökumət təbii qazın Avropaya idxal dəhlizi ilə bağlı işlərə başçılıq edəcək. Bu dəhliz enerji daşınmalarını diversifikasiya etməyə imkan verəcək. Bu kəmər təbii qazın Xəzər dənizindən Qərbi Avropaya, xüsusilə İtaliya və İsveçrəyə nəqli üçün yeni dəhliz rolu oynaya bilər.

"Azəbaycan tərəfindən komissiyanın həmsədri iqtisadi inkişaf naziri Heydər Babayevdir. İsveçrənin nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini başçılıq edir" - deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti