...

Xüsusi təmsilçi: "Gələn ilin əvvəlində Avropa İttifaqının Cənubi Qafqazda fəaliyyət planının reallaşdırılması üzrə qiymətləndirmə aparılacaq"

Siyasət Materials 6 Noyabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Məhərrəmov/ Gələn ilin əvvəlində Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda həyata keçirdiyi fəaliyyət planının reallaşdırılması üzrə qiymətləndirmə aparılacaq. Bu barədə Trend ə Berlində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Piter Semnebi məlumat verib.

Xüsusi təmsilçinin sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsi ilə imzalanan fəaliyyət planının potensialı hələ tam istifadə olunmayıb. O bildirib ki, beşillik plan əməkdaşlıq üçün pozitiv məqamların ortaya çıxmasına imkan yaradacaq.

Onun sözlərinə görə, Aİ-nin "Yeni qonşuluq" siyasəti təşkilata daxil olmaq üçün perspektiv deyil. Lakin bu perspektiv tam olaraq istisna olunmur. "Biz Cənubi Qafqazın hər üç ölkəsi ilə vacib fəaliyyət planına malik olmuşuq və bu bizə cəmiyyətdə islahatlar aparmaq imkanı verir" - deyə o bildirib.

Semnebinin fikrincə, "Yeni qonşuluq" siyasətinə maliyyə əldə etmək imkanı kimi baxmaq düzgün olmazdı.

Xəbər lenti

Xəbər lenti