...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 13 Noyabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend müxbir A. Bədəlova/ CİF Augusta neftinin qiyməti noyabrın 12-də $91,14/barr təşkil edib. Cümə günü artıq 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda bildirilir ki, bazar ertəsi neftin qiyməti cümə günü ilə müqayisədə $1,39/barr. aşağı düşüb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Ötən ilin sonuna qədər neft həmçinin "Bakı-Supsa" kəməri vasitəsilə Gürcüstanın Supsa limanına ixrac olururdu. 2006-cı ilin noyabr ayından etibarən isə bu kəmərdə təmir işləri aparılır.

ARDNŞ-dan verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti noyabrın 12-də $90,25/barr təşkil edib, bu isə ötən qiymətdən $1,37/barr azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

URAL (EX-NOVO) neftinin qiyməti noyabrın 12-də $87,8/barr təşkil edib, bu isə ötən qiymətdən $1,57/barr azdır.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti noyabrın 12-də $91,59/barr təşkil edib, bu isə ötən qiymətdən $1,61/barr azdır.

Xəbər lenti

Xəbər lenti