...

Dondurulmuş münaqişələrin həlli Aİ -nin siyasətində prioritetdir -britaniyalı parlamentari

Siyasət Materials 21 Noyabr 2007 19:22 (UTC +04:00)
Dondurulmuş münaqişələrin həlli Aİ -nin siyasətində prioritetdir -britaniyalı parlamentari

Azərbaycan, Bakı / Trend , müxbir A.Qasımova/ Avropa Parlamentinin üzvü və İnsan hüquqları üzrə Avropa Parlamentinin alt komissiyasının vitse-prezidenti Çarlz Tannok hesab edir ki, dondurlumuş münaqişələrin həlli Avropa İttifaqının siyasətində prioritet məsələdir. Noyabrın 14 - də Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının Qonşuluq Siyasəti haqqında məruzə müzakirə olunan zaman avroparlamentin deputatı Çarlz Tannokun məruzəsi təqdim olunub. Məruzədə Avropa İttifaqı Parlament Assambleyasının parlament assosiasiyalarının əsasında Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanın parlament nümayəndələrinin, həmçinin Rusiya və Türkiyədən müşahidəçilərin də iştirak edəcəyi Şərq Qonşuluğunun yaradılması ideyası öz əksini tapıb. Çərşənbə günü Tannok "Trendə" bildirib ki, Avropa Qonşuluq Siyasətinin əsas məqsədlərindən biri Azərbaycandakı Dağlıq Qarabağ, Moldovadakı Dnestryanı, Gürcüstandakı Cənubi Osetiya və Abxaziya dondurulmuş münaqişələrinin də daxil olduğu ərazi münaqişələrinin dinc yolla həll olunmasıdır. "Əlavə maliyyə vəsaiti və Avropa Qonşuluq Siyasətinin fəal siyasi kursu buna yardım edə bilər və məruzədə dondurulmuş adlandırılan münaqişələrin həllinə Aİ siyasətinin prioriteti kimi xüsusi diqqət verilir" - Tannok bildirib. Tannok Ukraynanı Aİ tərəfindən Moldova Respublikasının Dnestryanı regionunun liderlərinin öz ərazisində hərəkət etməsinə qoyulmuş qadağaya qoşulmağa çağırır. Onun sözlərinə görə, Avropa İttifaqının Parlament Assambleyası-Şərq Qonşuluğu azərbaycanlı və ermənistanlı deputatlara, Dağlıq Qarabağ münaqişəsini avropalı parlamentarilərlə birgə müzakirə etmək imkanı yaradacaq. Eyni zamanda, məruzə Türkiyəni Ermənistanla sərhədləri açmağa, blokada və izolyasiyaya son qoymağa çağırır. Məruzə, həmçinin, Belarusda vətəndaş cəmiyyətinin inkişafına yönəlib.

Xəbər lenti

Xəbər lenti