...

YUNESKO-nun missiyası Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində zərər çəkən abidələrin vəziyyəti ilə tanış olacaq

Siyasət Materials 23 Noyabr 2007 16:14 (UTC +04:00)
YUNESKO-nun missiyası Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində zərər çəkən abidələrin vəziyyəti ilə tanış olacaq

Azərbaycan, Bakı / Trend S.Ağayeva / Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məhv olan və zərər çəkən abidələrin vəziyyəti ilə tanış olmaq üçün UNESCO-nun arxitektur və tarixi abidələrin öyrənilməsi üzrə missiyasının regiona səfər tarixi razılaşdırılır. Cümə günü Parisdən telefonla məlumat verən Azərbaycanın UNESCO-da daimi nümayəndəsi Eleanora Hüsenova səfərin ilin sonuna qədər baş tuta biləcəyini bildirib.

Azərbaycan UNESCO-nu qısa müddət ərzində işğal olunmuş ərazilərində və Ermənistanda Azərbaycan xalqına məxsus mədəni abidələrin bundan sonra da məhv edilməsinin qarşısının alınması istiqamətində sıx əməkdaşlığa başlamağa çağırıb.

Bu çağırışla UNESCO-nun baş konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

"Azərbaycan YUNESKO-nun müdaxiləsini gözləyir" - deyə Məmmədyaroıv bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

İşğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1.421 mədəniyyət evi; 15 şəhər, 503 kənd mədəniyyət evi və klubu; 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanası; 6 mədəniyyət və istirahət parkı; 47 uşaq musiqi məktəbi; 3 teatr; 3 qalereya; 464 tarixi abidə; 40 minə yaxın tarixi məmulat və 4,6 mln.kitab məhv edilib.

Hüseynova bildirib ki, Azərbaycan tərəfindən səfərin həyata keçirilməsi üçün heç bir maneə yoxdur.

YUNESKO-nun ekspertlərdən ibarət nümayəndə heyəti işğal olunmuş ərazilərdə olduğu kimi, Naxçıvanda da, abidələrin vəziyyətini tədqiq etməlidirlər. Erməni tərəfinin iddiasına görə, Naxçıvanda erməni tarixi abidələri məhv edilir.

Beynəlxalq təşkilatlar Naxçıvan ərazisində tarixi və mədəni abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı icazə verilməsi üçün rəsmi Bakıya müraciət edib və Azərbaycan tərəfi razılığını bildirib.

Azərbaycan tərəfindən nümayəndə heyətinin Naxçıvana səfər etməsi ilə bağlı heç bir maneə yoxdur.

"Biz səfərin həyata keçirilməsini dəstəkləyir və tələb edirik." -deyə əvvəllər Trend ə Azərbaycanın xarici işlər naziri bildirib.

Xəbər lenti

Xəbər lenti