...

Müxalifət partiyası iqtidar-müxalifət münasibətlərinə dair yeni təkliflər hazırlayır

Siyasət Materials 27 Noyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifətçi Açıq Cəmiyyət Partiyası iqtidar-müxalifət münasibətlərinin normallaşması ilə bağlı təkliflər zərfi hazırlayır. Bu barədə çərşənbə axşamı Trend ə Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Yaqub Abbasov məlumat verib.

"İqtidarla müxalifət arasında indiyə qədər mövcud olmuş ənənəvi münasibətlər heç bir tərəfə fayda verməyib. Ona görə də istəyirik ki, düşmənçilik münasibətlərini bir kənara ataraq qarşılıqlı etimada, inama söykənən yeni münasibətlər sistemi formalaşdırılsın" - deyə Abbasov bildirib.

O, təkliflər zərfinin təfərrüatları barədə açıqlama verməyib.

Əlavə edib ki, ACP sədri Akif Şahbazov gələn ilin əvvəlində partiyanın lideri Rəsul Quliyevlə görüşmək üçün Amerikaya gedəcək və onunla müzakirələrdən sonra həm yeni təkliflər, həm də partiyanın seçki taktikası barədə açıqlamalar veriləcək.

Sağ mərkəzçi, müxalifət partiyası ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir.

Xəbər lenti

Xəbər lenti