...

Azərbaycan prezidenti "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədarbəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi barədə" qanunun tətbiqi ilə bağlı sərəncam verib

Siyasət Materials 27 Noyabr 2007 21:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsinıtəmin etmək məqsədi ilə sərəncam verib.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzıqanunvericilik aktlarına dəyişikliklər və əlavələrin edilməsi barədə" qanuna uyğunlaşdırılmasıbarədə təkliflərinıdövlət başçısına təqdim etsin. Eyni zamanda Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat verilsin və səlahiyyətləri daxilində "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzıqanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanundan irəli gələn digər məsələlərıhəll etsin.

Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti