Azərbaycan, Bakı / Trend / Bizim missiyamız Azərbaycanın nəinki ehtiyatlar, həmçinin bu ölkədə fəaliyyət göstərən şirkətlərlə zəngin olduğunu bütün dünyaya sübut etməkdən ibarətdirir. Bu barədə "İlin ən yaxşı şirkəti" mükafatının təşkilatçısı İbrahim Baqarov Trend ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan çox sürətlə inkişaf edir və ölkədə fəaliyyət göstərən şirkətlər böyük uğurlar əldə edir.
Baqarov bildirib ki, 1996-cı ildən nəşr olunan "Consulting & Business" jurnalının məqsədi ilin ən yaxşı, uğurlu şirkətini üzə çıxarmaq və onların uğurlarını bütün dünya ictimaiyyətinə çatdırmaqdır.
"Biz istəyirik ki, Amerika "Maykrosoft", Yaponiya "Toyota" şirkətləri ilə məşhur olduğu kimi Azərbaycan da öz şirkətləri ilə şöhrət tapsın" - deyə o bildirib.
Onun rəyinə görə, Azərbaycan iqtisadiyyatın dirçəlişi, biznesin çiçəklənməsi sahəsində ən yaxşı illərini yaşayır.
"Mən inanıram ki, yaxın vaxtlarda Azərbaycanın iqtisadiyyatında iri miqyaslı və təkrarolunmaz layihələrin şahidi olacağıq. Biz hələ bu yolun başlanğıcındayıq və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən iqtisadiyyat və biznesin inkişafı sahəsində aparılan siyasət bu nəticələrə gətirib çıxaracaq" - deyə o əlavə edib.
Təşkilatçının sözlərinə görə, onların fəaliyyəti Azərbaycanın təkcə neft sahəsində deyil, həmçinin qeyri-neft sektoru - maliyyə, istehsalat, ticarət və xidmət sahələrində də inkişaf etdiyini göstərməyə istiqamətlənib.
Özündə dörd informasiya agentliyini birləşdirən Trend özəl informasiya agentliyi cümə günü Azərbaycanın işgüzar jurnalı "Consulting & Business"in "Kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2006-cı ilin nəticələrinə əsasən, Trend həmçinin analoji nominasiyada ilin ən yaxşı şirkəti elan edilib.