...

Fələstin dövlətinin yaranması üçün bütün dünyada böyük addımlar atılır -Fələstin məsələsi üzrə ekspert

Siyasət Materials 17 Dekabr 2007 15:06 (UTC +04:00)
Fələstin dövlətinin yaranması üçün bütün dünyada böyük addımlar atılır -Fələstin məsələsi üzrə ekspert

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu, R.Hafizoğlu/ Fələstin dövlətinin yaranması üçün dünyada hamı səylərini birləşdirir. "Fələstin dövlətinin yaranması üçün bütün dünyada böyük addımlar atılır" İran politoloqu, Fələstin məsələsi üzrə ekspert Əhməd Zeydabadi bildirib.

Dekabrın 17-də Parisdə "Fələstinə yardım" konfransı keçirilib. Konfransda Fələstin və Israil rəsmiləri ilə birgə, dünyanın 70-dən çox ölkəsinin nümayəndələri, 20 beynəlxalq təşkilat iştirak edib.

Zeydabadi bazar ertəsi Tehrandan telefonla Trend ə bildirib ki, Fələstin dövlətinin yaranması üçün birinci addım ölkə daxilində bəzi maliyyə fondları və təşkilatlarının yaradılması və dəstəklənməsi olmalıdır. "Hazırda Fələstin əhalisi və hakimiyyəti ağır iqtisadi böhran içərisində yaşıyır və Fransa tərəfindən bu konfransın təşkil edilməsi problemin aradan qaldırılmasında çox əhəmiyyətlidir.

BBC agentliyinin dekabrın 17-də yaydığı məlumata əsasən, konfransda fələstinlilərə 300 milyon dollar maliyyə yardımı ediləcəyi barədə məlumat verilib.

Zeydabadi İranın himayə etdiyi "Hamas" təşkilatının Qəzzədə təhlükəsizliyi pozmasını və İsrailin buna reaksiya olaraq həmin bölgəyə hücum etməsi faktını iki ölkə arasında aparılan sülh danışıqlarına mane ola biləcək hal hesab etmir. "Qəzzədə yaranmış münaqişəyə rəğmən, Fələstinin qərb regionlarında sabitlik bərqərardır və ölkə əhalisi sülh danışıqlarına nikbin baxır" İran politoloqu bildirib.

Ərəb politoloqu, "Məan" informasiya aqentliyinin rəhbəri Nasir Ləhham isə Qəzzədən telefonla Trend bildirirb ki, Abbas və Sarkozinin Parisdə keçirilən danışıqlarını "AnnaPolis" toplantısının davamı kimi səciyyələndirmək düzgün deyil. "Mahmud Abbasın Fransa səfəri Fələstin iqtisadiiyatında əsaslı şəkildə dönüş yarada bilər. Bu görüşün iqtisadi cəhətdən böhran içində boğulan Fələstinin vəziyyətinə müsbət təsir edəcəyinə çox ümüdlüyük. Paris toplantısına "Həmas" və İranın qatılmaması onlırın ABŞ tərəfindən dəvət odunmamalərı ilə əlaqədardır. "Həmas"ın məntəqədə böyük nüfuza sahib olmasına baxmayaraq, iqtisadi böhran "Hamıs"ın bölgədəki təsirini azaldır. İranın bölgədəki maraqları "Hamas"ın maraqlarından tamamilə fərqlənir" ərəb politoloqu bildirib.

Ləhham hesab edir ki, "Həmas" və İranın maraqları bölgədə heç də hər dəfə üst-ustə düşmür: "Hamas"ın Amerika və Avropa dövlətləri ilə diaoloqa hazır olması bəyanatı təşkilatın qismən də olsa sülh tərəfdarı olduğunu göstərir. İrana gəldikdə isə "Həmas"dan fərqli olaraq Fələstini "İran-İsrail" münasibətlərinin hesabət meydanı kimi görür".

70-dən çox ölkəinin və 20 beynəlxalq təşkilatın qatıldığı Paris toplantısı dekabrın 16-da başlayıb və danışıqların əsəs mövzusu Fələstin iqtisadiyyatının dirçəlməsinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti