...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 17 Dekabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin dekabrın14-də qiyməti 1 barel üçün 92,99 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 0,73 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın dekabrın 14-də qiyməti 1 barel üçün 91,36 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Dekabrın 14-də URAL neftinin qiyməti 1 barel üçün 86,59 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,95 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin dekabrın 14-də qiyməti 1 barel üçün 91,82 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,6 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti