...

GUAM beynəlxalq təşkilatların çox müxtəlif palitralarının ünsürünə çevrilib – Ukraynanın Böyük Britaniyadakı səfiri

Siyasət Materials 21 Dekabr 2007 11:41 (UTC +04:00)
GUAM beynəlxalq təşkilatların çox müxtəlif palitralarının ünsürünə çevrilib – Ukraynanın Böyük Britaniyadakı səfiri

Böyük Britaniya, London / Trend , müxbir Q.Əhmədova/ "GUAM son zamanlar ikinci nəfəsini alır. Qrum beynəlxalq təşkilatların çox müxtəlif palitralarının ünsürünə çevrilib. Bu barədə Londonda Trend in müxbirinə müsahibəsində Ukraynanın Böyük Britaniyadakı səfiri İqor Xarçenko GUAM-ın 10 illik fəaliyyətinin yekununu şərh edərkən bildirib.

Diplomat təşkilatın istənilən kimi fəal və səmərəli işləmədiyini etiraf etsədə bildirib ki, iştirakçı dövlətlər, onların bir çox tərəfdaşları və dostlarının maraqları azalmır, əksinə artır.

"Keçmiş Sovet İttifaqı regionunda qalan "dondurulmuş münaqişələr" problemi region ölkələrinin diqqət mərkəzində olmalıdır. Bu nəinki ərazisində bu kimi münaqişələr olan ölkələrin və ya ona qonşu ölkələrin, həmçinin beynəlxalq cəmiyyətin fəal və bu məsələlərdə maraqlı iştirakçılarının diqqət məkəzində olmalıdır" - deyə İqor Xarçenko bildirib.

"GUAM-a daxil olan dördlük dünya millətlərini SSSR-i dövründən ərazilərinədə (Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Çxinvali, Moldovada isə Pridnestrova regionu) etnik qrupların mövcud separatçı əhval-ruhiyələrinin qaldığı dövlətlərin ərazi bütövlüyünü təsdiq etməyə çağırır" - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Ukrayna GUAM-a üzv ölkə kimi həm BMT, həm də ATƏT çərçivəsində toxunulan münaqişələrə dair məsələnin gündəliyə salınması və nəzərdən keçirilməsini ənənəvi olaraq dəstəkləyir.

"GUAM-ın 10 ildə nə əldə etdiyinə gəldikdə isə bu təşkilatın yeniyetmə dövrünün başlanğıcı idi: artıq nə tam olaraq uşaq, nə də tam olaraq gənc. GUAM bir yerdədir, GUAM bir-birinə maraq göstərir, GUAM işləyir" - deyə İ.Xarçenko vurğulayıb.

Təşkilatın potensialı barədə danışan ukraynalı diplomat GUAM-ın çox yaxşı perspektivinin olduğunu bildirib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqının dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Vış

Xəbər lenti

Xəbər lenti