...

Azərbaycan prezidenti Bakıda növbəti yeni yolun açılışında iştirak edib

Siyasət Materials 30 Dekabr 2007 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Y.Əliyev, E.Hüseynov / Azərbaycan prezidenti İlham Əliyev dekabrın 30-da Bakının Nərimanov rayonu ərazisində, Nəsib bəy Yusifbəyli küçəsinin davamı olaraq yeni salınan 1,4 kilometr uzunluğunda yeni yolun açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, əvvəllər burada yol olmayib. Raytaxtda nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə prezidentin verdiyi göstərişə əsasən, "Gənclik" meydanından Ceyhun Hacıbəyli küçəsinədək 650 metrlik dördzolaqlı yol salınıb. Bu yolu prospektə çevirmək üçün o, Nəsimi rayonu ərazisinə, Səməd Vurğun küçəsinə qədər uzadılıb. Bütövlükdə yolun uzunluğu 1400 metrdir.

Nazirin dediyinə görə, dördzolaqlı yeni prospekt nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsində və tıxacların aradan qaldırılmasında mühüm rol oynayır: "Bu yolun bir üstünlüyü də ondan ibarətdir ki, "Gənclik" meydanı istiqamətinə gedən əsas küçələr, prospektlərlə birləşir. Buradan hərəkət etməklə Ceyhun Hacıbəyli küçəsinə, Həsən Əliyev prospektinə, Mirəli Qaşqay küçəsinə, Azadlıq prospektinə, Xan Şuşinski, Səməd Vurğun küçələrinə çıxmaq mümkündür. Ceyhun Hacıbəyli küçəsinə qədər olan hissə Nəsib bəy Yusifbəyli küçəsi adlandığı üçün bu yolun da davamı şərti olaraq elə həmin küçənin adı ilə adlandırılır"-deyə nazir məlumat verib.

Yeni yolun eni 16 metr, hərəkət hissəsinin eni isə 15 metrdir. Dördzolaqlı yolun hər zolağının eni 3,75 metrdir. Burada piyadaların gediş-gəlişi üçün də şərait yaradılıb, Vaqif küçəsindən "Gənclik" meydanına doğru hərəkət isə birtərəfli olacaq.

Bundan əlavə, "Gənclik" meydanından Təbriz küçəsi istiqamətdə yeni yolun çəkilməsi də nəzərdə tutulub.

Prezident Əliyev "Gənclik" meydanının müasirləşdirilməsinin, Vaqif küçəsinin genişləndirilməsinin, paytaxtın digər yerlərində maksimum dərəcədə yeni yollarin açılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı avtomobilə əyləşərək, yeni yolun hazır hissəsi ilə hərəkət edib.

Xəbər lenti

Xəbər lenti