...

Gürcüstan azərbaycanlılarının müxalifət partiyası Azərbaycanın siyasi qüvvələri ilə əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 4 Fevral 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir C.Babayeva/ Gürcüstan prezidentliyinə keçmiş namizədin "Gürcüstan naminə" müxalifət partiyası bu ölkədə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün Azərbaycanın hakim partiyası ilə əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Trend ə bazar ertəsi Tbilisidən telefonla patiya sədri Fazil Əliyev bildirib.

Əliyevin Gürcüstan prezidentliyinə namizədliyi Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) və Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurası (GABŞ) tərəfindən irəli sürülmüşdü. Dekabrda Əliyev prezident seçkilərində iştirakdan imtina edib. O, bu hərəkətini "Gürcüstanın dövlət strukturlarının təzyiqi" ilə izah edib. Nəticədə Əliyev yeni müxalifət partiyasının yaradıldığını bildirib.

Partiyanın yaradılmasında əsas məqsəd Gürcüstanda mayda keçiriləcək parlament seçkilərində iştirak etməkdir.

"Gürcüstan naminə" partiyasının təsis qurultayı dünən Tbilisidə keçirilib. "Bu gün partiyanın sənədləri Gürcüstanın Ədliyyə Nazirliyinə təqdim olunacaq" - deyə Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, bütün sənədlər ölkə qanunvericiliyinə müvafiq tərtib olunub və qeydiyyat məsələsini həll edilmiş saymaq olar.

"Gürcüstan azərbaycanlılarının problemlərinin həlli üçün partiya Azərbaycan və Gürcüstanın bütün müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazırdır" - deyə Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti