...

Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin dinc yolla həllinə ciddi maneələr yaradır-Azərbaycanın müdafiə naziri

Siyasət Materials 12 Fevral 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı,12 fevral / Trend ", müxbir E.Hüseynli/ Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ciddi maneələr yaradır,- çərşənbə axşamı Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersini qəbul edərkən bildirib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Əbiyev deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. Beynəlxalq birliyin işğalçının geri çəkilməsi üçün təsirli vasitələrdən istifadə etməsinin zəruriliyini önə çəkən Əbiyev ikili standartların hələ də hökm sürdüyünü qeyd edib.

Dersi problemə münasibətini açıqlayarkən, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti