...

QİƏT ölkələrinin XİN başçıları Kiyevdə Aİ ilə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 14 Fevral 2008 16:18 (UTC +04:00)

Ukrayna, Kiyev 14 fevral / Trend , müxbir Z.Novosvitski/ Kiyevdə Avropa İttifaqına (Aİ) üzv ölkələr və Qara dəniz regionu "Qara dəniz hövzəsində əməkdaşlıq" (Black Sea Synergy) dövlətlərinin xarici işlər nazirlərinin görüşü çərçivəsində, Qara dəniz İqtisadi Əəməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının xüsusi iclası keçirilib.

Ukrayna XİN-nin mətbuat xidmətinin verdiyi xəbərə görə, QİƏT ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri QİƏT və Aİ ölkələri arasında qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Əməkdaşlıq məsələləri arasında regional əhəmiyyətli nəqliyyat sisteminin birləşdirilməsinə istiqamətlənən layihələrin hazırlanması və reallaşdırılması, regionda enerji təhlükəsizliyi və stabilliyin əldə olunması, mütəşəkkil cinayətkarlıqla mübarizə, təbii fəlakətlər və texnoloji qəzaların qarşısının alınması və aradan qaldırılması, regionda informasiya texnologiyalarının tətbiqi, QİƏT və Aİ-yə üzv ölkə vətəndaşlarının yerdəyişmələrinin sadələşdirilməsi məsələləri yer alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti