...

Bakıda üzərlərində külli miqdarda narkotik maddə aşkarlanan İran vətəndaşları saxlanılıb

Siyasət Materials 15 Fevral 2008 13:34 (UTC +04:00)
Bakıda üzərlərində külli miqdarda narkotik maddə aşkarlanan İran vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı,15 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtında fevralın 14-də İran vətəndaşlarından külli miqdarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə günü Trend ə bildiriblər ki, nazirliyin Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Saleh Məmmədəlinin idarə etdiyi "VAZ-21011" markalı avtomaşından 47 kiloqram 062 qr. 87 mq. həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı Məmmədəli və sərnişini, həmyerlisi Xaqani Fəriddin tutulublar. Məmmədəlinin kirayədə yaşadığı Sarayev küçəsi, ev 28, mənzil 86 ünvanından isə əlavə 1 kiloqram 472 qr. 31 mq. tiryək götürülüb və orada yaşayan İran vətəndaşı Xəqani Fəriboz da tutulub.

Daxili işlər orqanları tərəfindən ötən il qanunsuz dövriyyədən 337 kiloqrama qədər (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 537 kq) narkotik vasitə götürülüb, 140 kiloqram (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 323 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınıb.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2049 nəfərdən 1892-i (92,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 597-i (29,1%) əvvəllər cinayət törətmiş şəxslər, 71-i (3,5%) qadınlar, 4-ü (0,2%) yetkinlik yaşına çatmayanlardır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti