...

"İSESCO" da Azərbaycan Günləri keçiriləcək

Siyasət Materials 19 Fevral 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / " müxbir S.Ağayeva / Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatında (İESCO) Azərbaycan Günlərində təqdim ediləcək.

Azərbaycan Günləri martın 2-5-də " İSESCO"nun baş qərargahının yerləşdiyi Marokkoda keçiriləcək, - çərşənbə axşamı Azərbaycanın Rabatdakı səfirliyindən telefonla bildiriblər.

Tədbirdə Azərbaycandan, mədəniyyət naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Ölkənin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcək və Azərbaycan musiqisini təmsil edəcəklər.

"İSESCO" qərargahında Azərbaycan Günlərinin açılışı ilə bağlı təşkilatda rəsmi tədbirin keçirilməsi planlaşdırılır.

"ISESCO" - Azərbaycan əməkdaşlığı mədəniyyət, təhsil və sosial həyatın bütün sahələrini əhatə edir. "ISESCO", Azərbaycanda təhsilin və mədəniyyətin inkişafının dəstəklənməsində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun prezidenti, "UNESCO" nun Xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sivilizasiya yaxınlaşdırılması xidmətlərinə görə, "ISESCO"nun Xoşməramlı Səfiri yüksək fəxri adı ilə təltif edilib. O, bu qədər yüksək adı alan ilk qadındır. İndiyədək islam dünyasının cəmi üç görkəmli dövlət və ictimai xadimi "ISESCO" nun xoşməramlı səfiri olub.

Əməkdaşlığın istiqamətlərindən biri də, mədəni irsinin qorunmasında Azərbaycanı dəstəkləməkdir. "Təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qınayır. Bunun nəticəsində, Ermənistan tərəfi beynəlxalq hüquq normalarını pozur", - təşkilatın Baş katibi Əbdüləziz əl Tuveycri Bakıda sonuncu səfəri zamanı deyib. Onun sözlərinə görə, maddi irs baxımından, Azərbaycan çox mühim ölkədir. "Azərbaycan tərəfinin öz mədəni irsinə hüquqi haqqı var, işğal edilmiş ərazilərdə qalan mədəni abidələr isə, ölkənin irsidir", - o deyib.

Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, Azərbaycanın işğal edilən ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən 1.421 mədəniyyət evi; 15 şəhər və 503 kənd mədəniyyət evi və klub; 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanası, 6 mədəniyyət və istirahət parkı; 47 uşaq - musiqi məktəbi; 3 teatr; 3 qalereya; 464 tarixi abidə; təxminən 40 min tarixi sənət nümunəsi və 4,6 mln. kitab dağıdılıb və məhv edilib.

Azərbaycan və Ermənistan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona yaxın yeddi rayon - Azərbaycanın 20 faiz ərazisi - Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xəbər lenti

Xəbər lenti