...

Azərbaycanın paytaxtında yol qəzaları azalıb

Siyasət Materials 21 Fevral 2008 15:46 (UTC +04:00)
Azərbaycanın paytaxtında yol qəzaları azalıb

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtında ilin ilk aylarında yol qəzalarının sayı azalıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov cümə axşamı keçirdiyi mətbuat konfrvansında bildirib ki, yanvarın 1-dən fevralın 16-dək paytaxtda 143 yol qəza hadisəsi baş verib, nəticədə, 25 nəfər ölüb, 180 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu ilin ilk iki ayında, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 28 yol- qəza hadisəsi aşağı düşüb, 25 ölüm və 3 xəsarət azalıb.

2007-ci ilin yanvarın 1-dən fevralın 16-dək paytaxtda 171 yol qəzası olub, nəticədə, 50 ölüm və 183 müxtəlif bədən xəsarəti qeydə alınıb.

Əsədov bildirib ki, yol qəzalarının baş verməsinə əsas səbəb sürət həddini aşma, qoşa xəttin tələbini pozmaqla, qarşıdan gələn nəqliyyatın yoluna çıxma və avtomobili sərxoş idarəetmə olub. Onun sözlərinə görə, hesabat dövründə paytaxtda yol hərəkəti qaydalarını pozan 58 411 sürücüyə inzibati protokol tərtib edilib. Bunlardan 536-sı sərxoş halda avtomobili idarə etmə, 717-si qəza şəraiti yaratma, 1679-u sürət həddini aşma, 1865 sfetoforun qırmızı işığında keçmə, 1383-ü ötmə, manevr və yolayrıcını keçmə, 1325-i sürücülüq vəsiqəsinin olmaması, 164-ü polisin saxlama işarəsinə tabe olmama və digər faktlardır.

Xəbər lenti

Xəbər lenti