...

Əfqanıstandan Avropaya narkotik maddələrin Azərbaycan vasitəsilə keçirilməsinin qarşısı alınıb - milli koordinator

Siyasət Materials 21 Fevral 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir İ.Əlizadə/ Narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olantransmilli cinayətkar qrupların Avropa ölkələrinə keçmək üçün Azərbaycan ərazisindən tranzit maşrut kimi istifadə etmələrinin qarşısı alınıb. "Son məlumatlara görə, narkomafiya tranzit üçün yeni marşrut seçib. Onlar Əfqanıstanda istehsal olunan narkotikləri cənub sərhədləri vasitəsilə Afrika dövlətlərinə, oradan su nəqliyyatı ilə Avropa ölkələrinə çatdırırlar", - deyə cümə axşamı Trend -ə açıqlamasında BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət Proqramının milli koordinatoru Məzahir Əfəndiyev bildirib.

Milli koordinator qeyd edib ki, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf vətəndaşların narkomafiyaya cəlb olunmasının qarşısını alan amillərdən biridir. Onun sözlərinə görə, SSRİ dağılanadək narkomafiya narkotik maddələri Əfqanıstan-İran-Türkiyə-Balkanlar-Avropa ölkələri marşrutu ilə daşıyıblar. SSRİ dağılandan sonra Əfqanıstan-İran-Cənubi Qafqaz-Avropa ölkələri marşrutu işə düşüb.

"Narkomafiyanın Afrika marşrutu ilə işləməsi üçün əlverişli şərait var. Çünki Afrika ölkələrində işsizlik problemi və əhalinin yaşayış səviyyəsinin aşağı olması narkomafiyanın daha az xərclə insanları bu işə cəlb etməsinə imkan verir", -deyə milli koordinator əlavə edib.

Xəbər lenti

Xəbər lenti