...

İran gələcəkdə atom enerjisindən sülh məqsədləri ilə istifadə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır – səfir (video)

Siyasət Materials 26 Fevral 2008 18:30 (UTC +04:00)
İran gələcəkdə atom enerjisindən sülh məqsədləri ilə istifadə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır – səfir (video)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir S.Ağayeva/ İran gələcəkdə atom enerjisindən sülh məqsədləri ilə istifadə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə İranın Azərbaycandakı səfiri Nasir Hamidi Zare bildirib.

Onun sözlərinə görə, İran prezidenti Mahmud Əhmədinejad əvvəllər İranın bütün qardaş və qonşu ölkələr, o cümlədən Azərbaycanla bu kimi əməkdaşlığa hazır olduğunu bildirməklə, bu məsələ üzrə Tehranın mövqeyini təsdiq edib. "İran Azərbaycanın atom enerjisindən sülh məqsədləri ilə istifadə etməsi üçün mümkün olan hər bir şeyi etməyə hazırdır" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti