...

Azərbaycanın eks-spikerinin müxalifəti bir araya gətirmək təklifi dəstəklənməyib

Siyasət Materials 27 Fevral 2008 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalifət liderləri seçkidə birgə iştirakla bağlı danışıqlardan imtina etdilər. "Müxalifət partiyalarının liderləri seçki ilə bağlı bir araya gəlməmək üçün müxtəlif bəhanələr gətirirlər. Bəziləri xəstə olduğunu bildirir, bəziləri isə görüşü başqa vaxta keçirməklə müzakirələrdən qaçır" çərşənbə günü Trend ə müxalif Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva bildirib.

Dünyamalıyeva ötən həftə ABŞ-da olub. O, burada mühacir həyatı yaşayan Quliyevlə görüşüb. Eks-spiker müşavirinə müxalifətlə birləşmək istiqamətində danışıqlar aparmağı tapşırıb.

Dünyamalıyeva deyib ki, müxalifətin bir araya gəlməsi üçün qarşılıqlı addımlar atılmasına ümid edirmişlər. "Biz onlara bir daha birləşməyin vacib olduğunu xatırlatdıq. Bir şeyi başa düşməlidirlər ki, belə mövqe tutmaqla onlar özləri daha çox itirəcəklər, nəinki Rəsul Quliyev" Dünyamaliyeva əlavə edib. Onun sözlərinə görə, müxalifət liderləri hər seçkidə Quliyevə belə münasibət bəsləyirlər.

Sağ mərkəzçi, müxalifətyönlü ACP ötən ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. Ötən ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti