Prezident İlham Əliyev bir qrup Daşkəsən sakinini təltif edib
Azərbaycan, Bakı, 12 mart/ Trend / Prezident İlham Əliyev çərşənbə günü Daşkəsən şəhərinin 60 illiyi münasibətilə bir qrup şəhər sakininin təltif edilməsi haqqında sərəncam imzalayıb. Şəhərin sosial- iqtisadi inkişafında göstərdikləri xidmətə görə,Gülnarə Ağamalıyeva "Əməkdar müəllim",Şövkət Mehdiyeva " Əməkdar həkim", Cəmil Allahverdiyev və Afət Səlimova " Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüblər. Nüsrət Vəliyevin xidmətləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə qiymətləndirilib , Daha səkkiz nəfərsə, "Tərəqqi" medalı ilə təltif olunub.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq