...

BMT-nin yeni Qətnaməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 16 Mart 2008 16:07 (UTC +04:00)
BMT-nin yeni Qətnaməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı. 16 mart / Trend / BMT-nin Baş assambleyasında qəbul edilən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət Haqqında" Qətnaməni rəsmi Bakı Azərbaycanın beynəlxalq aləmində mövqeyininin güclənməsi kimi qəbul edir. Bu barədə AzTV kanalına verdiyi müsahibəsində Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bəyan edib. Onun sözlərinə görə, sənədin qəbulu Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Məmmədov hesab edir ki, qətnamə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə müsbət təsir edəcək. Baş assambleyada 39 dövlətin bu sənədi dəstəkləməsi Azərbaycanın gələcəkdə də bu istiqamətdə mövqeyini gücləndirilmək imkanını yaradır. O deyir ki, yeni qətnamə Ermənistanı çıxılmaz vəziyyətdə qoyur. "Azərbaycanla bağlı əvvəlki qərarlarla biz müqayisə etsək, görərik ki nə qədər böyuk fərq vardır. Bu isə Azərbaycanın mövqeyinin, təsir dairəsinin daha güclənməsini, eyni zamanda münaqişə ilə gedən danışıqlara böyuk bir təsir faktoru olacaq", Məmmədov dedi

Şöbə müdiri hesab edir ki, qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupunun həmsədirləri münaqişə ilə bağlı konkret bir mövqe nümayiş etdirməlidir. Çünki qətnamədə vasitəçilərin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaları vurğulanır. Bu isə həmsədirlər üçün çiddi mesajdır.

Məmmədovun fikirincə, bu məsələdə Ermənistanın və onu dəstıkləyən dairələrin mövqeləri getdikcə zəifləyir: "Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini işğal edib. Baş assambleyanın qətnaməsi Ermənistan Silahlı Qüvvələrini bu ərazilərdən getməsini tələb edir. Bu ermənistan tərəfinə özü güclü bir təzyiqdir. Ermənistan rəhbərləri bu gün bu mesaji düzgün qəbul edib, nə qədər ki gec deyil, konstruktiv mövqe tutub münaqişənin həllinə nail olmaq üçün lazimi addımlar atmalıdırlar".

Novruz Məmmədovun fikrincə, sənədin qəbulu Ermənistanda siyasi gərginliyi dahada artıracaq və Ermənistana münaqişənin həllində uzun müddət qeyri konstruktiv mövqe tutmağa imkan vermiyəcək.

Xəbər lenti

Xəbər lenti