Azərbaycan, Bakı, 17 mart / Trend ", müxbir E.Hüseynli/ Bakı-Moskva sərnişin qatarında martın 16-da külli miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə bazar ertəsi Trend "a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Ötən il 2006-cı illə müqayisədə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət 4,9% artıb. 2007-ci ildə bu cinayətlə bağlı 2364 fakt qeydə alınıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Nəqliyyatda Baş Polis idarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qatarın sərnişini 25 yaşlı Zaqatala rayon sakini Pərvanə Xaşalovadan 4 kq həşiş qətranı aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.