...

Əgər ABŞ-da hakimiyyətə demokrat-prezident gələrsə, RƏM haqqında məsələ gündəlikdən düşür – alman eksperti Rar

Siyasət Materials 17 Mart 2008 17:18 (UTC +04:00)
Əgər ABŞ-da hakimiyyətə demokrat-prezident gələrsə, RƏM haqqında məsələ gündəlikdən düşür – alman eksperti Rar

Azərbaycan, Bakı, 17 mart/ " , müxbir A. Qasımova/ ABŞ-da növbəti prezident seçkilərində demokrat partiyası hakimiyyətə gələrsə, Moskva ilə raket əleyhinə müdafiə haqqında məsələnin müzakirəsi gündəlikdən düşür. "Əgər növbəti prezident seçkilərində ABŞ-da hakimiyyətə demokrat-prezident gələrsə, Rays və Qeytsin Moskvada müzakirə etmək istədikləri RƏM problemi gündəlikdən düşür" - alman ekspert Aleksandr Rar hesab edir.

Rusiya prezidenti Vladimir Putin və yeni seçilmiş prezident Dmitri Medvedyev bu gün ABŞ Dövlət Katibi Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeytslə görüşəcəklər. Onlar RƏM, AASMM problemi, qlobal və regional xarakterli digər xarici siyasət və müdafiə məsələləri üzrə "iki üstəgəl iki" formatında Rusiya-Amerika məsləhətləşmələrində iştirak etmək üçün ikigünlük səfərlə Moskvaya gəliblər.

"Prezident Buşun hakimiyyətdən gedən hazırkı administrasiyası öz RƏM-i xilas etməyə cəhd göstərir. Rusiya isə anlayır ki, ABŞ konqresi geniş proqram üçün pul ayırmaq istəmir və əgər hakimiyyətə demokrat prezident gələrsə, RƏM problemi gündəlikdən çıxacaq" - Almaniya xarici siyasət şurasında Rusiya proqramları üzrə direktor bazar ertəsi Trend a bildirib.

Ekspert bildirib ki, amerikalılar NATO-nun Ukrayna və Gürcüstana genişlənməsi məsələsində iri uğursuzluğa düçar olublar. Almaniya və Fransa NATO-nun Buxarest sammitində NATO-nun post-sovet məkanında genişlənməsini dəstəkləməyəcəklər. "Almaniya hesab edir ki, Balkanlar daha vacibdir. Rusiya isə Albaniya, Makedoniya və Xorvatiyanın alyansa qoşulmasının əleyhinə çıxış etməyəcək" - Rar hesab edir. "Rays və Qeytsin səfəri birinci növbədə Medvedyevlə tanışlığa yönəlib. Medvedyevlə və ya əvvəlki kimi Putinla işləyəcəklərini bilmək amerikalılar üçün çox vacibdir" - o əlavə edib.

Almaniya kansleri Angela Merkel Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasının əleyhinə çıxış edib. O, öz mövqeyini onunla izah edib ki, Şimali Atlantika İttifaqına bu məsələni əhalisinin böyük əksəriyyəti dəstəkləyən ölkələr daxil ola bilər. Ukraynada isə, əhalinin böyük hissəsi bunun əleyhinədir. Bundan əlavə, Merkel vurğulayıb ki, NATO-ya regional münaqişələrə cəlb edilmiş dövlətləri qəbul etmək olmaz.

Martın 6-da Brüsseldə toplaşan NATO-ya üzv 26 ölkənin XİN rəhbərləri Ukrayna və Gürcüstanın alyansda üzvlük Planına qoşulmasına dair heç bir qərar qəbul etməyiblər.

Xəbər lenti

Xəbər lenti