...

Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Qətnaməsinin qəbul olunması böyük diplomatik və siyasi qələbədir

Siyasət Materials 20 Mart 2008 13:40 (UTC +04:00)

BMT Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin qəbul olunması - Azərbaycanın böyük diplomatik və siyasi qələbəsidir. Bu barədə cümə axşamı Novruz Bayramı tədbirində ictimaiyyət qarşısında çıxış edən prezident İlham Əliyev bəyan edib.

Martın 14-də qəbul olunan BMT Qətnaməsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasından ciddi narahatlıq duyulur və onun Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə və inkişafa mənfi təsir göstərməsi ifadə olunur. Baş Assambleya üzv dövlətləri beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Azərbaycanın suverenlik və ərazi bütövlüyünə dəstək göstərməyə və hörmət etməyə çağıırıb.

Qətnamə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını təsdiq edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil olmaqla, bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır.

İlham Əliyevin sözlərinə görə, Qətnaməyə əsasən, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezidentin sözlərinə görə, BMT tərəfindən bu sənədin qəbul edilməsi Azərbaycanın bu məsələ üzrə mövqeyni daha da möhkəmləndirəcək. İlham Əliyev bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyni heç bir zaman tanımayacaq.

Prezident, həmçinin, bildirib ki, Azərbaycan, əvvəlki kimi, müharibə şəraitində yaşayır və müharibə hələ başa çatmayıb - atəşkəs rejimi əldə olunub. Onun sözlərinə görə, dövlət xərclərinin böyük hissəsi hərbi mühitin möhkəmləndirilməsinə sərf olunur.

İlham Əliyev öz çıxışında, həmçinin, bildirib ki, Azərbaycanın xarici və daxili siyasəti milli maraqlara cavab verir və o, Azərbaycanın güclü, müasir dövlət olacağına əmin olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan qonşu ölkələrdə baş verən hadisələri diqqətlə izləyir və bu, oradakı vətəndaş nizamsızlığının və narazılığının siyasi və iqtisadi stabilliyin olmadığı şəraitdə baş verdiyni göstərir.

Prezident onu da qeyd edib ki, Azərbaycanın paytaxtında tarixi dəyərlərin qorunub saxlanılması şərtilə aparılan işlər Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək. Paytaxtda yeni muzey və teatrlar açılacaq.

Xəbər lenti

Xəbər lenti