...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Siyasət Materials 29 Mart 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend / Cari ilin mart ayının 30-da saat 11:00-dan 12:30-dək, Bakı Fond Birjasında qeydiyyat №-si 10501420S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın şənbə günü yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 5 000 000 AZN, Bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 366 gün, ödəmə tarixi 31 mart 2009-cu ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti