...

Prezident İlham Əliyev Dövlət filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 30 Mart 2008 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart/ " Prezident İlham Əliyev bazar günü Dövlət filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. Prezident və xanımı Mehriban Əliyeva əvvəlcə filarmoniyanın yerləşdiyi bağda olublar. Ölkə başçısına məlumat verilib ki, ərazidə arxeoloji qazıntılar da aparılır və İçərişəhərin ikinci qala divarı və qala qapısı da aşkar olunub. Mütəxəssislər dəniz sularının altında qalan Səbayel qalasının İçərişəhərlə bağlı olmasını güman edirlər. Həmçinin burada qədim su quyularının aşkar olunduğu da ,onların bərpa edilərək, bulaq kompleksi kimi əhalinin istifadəsinə veriləcəyi bildirilib. Sonra dövlət başçısı və xanımı dənizkənarı Milli Parka gəliblər. Prezident parkda abadlaşdırma və yenidənqurma işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti