...

Ukraynanın NATO-ya daxil olması üzrə Fransa və Almaniyanın möqveyi Paris-Berlin-Moskva təsir oxunun yaranmasından danışır – ekspertlər

Siyasət Materials 3 Aprel 2008 18:29 (UTC +04:00)

Ukrayna, Kiyev, 03 aprel/ Trend , müxbir Z.Novosvitski, N.Kirtsxaliya/ Ukrayna və Gürcüstanın NATO-ya Üzvlük üzrə Fəaliyyət Planına (ÜFP) daxil olması üzrə Fransa və Almaniyanın mövqeyi Paris-Berlin-Moskva təsir oxunun yaranmasına dəlalət edir. Ukraynalı ekspert Qriqori Perepeliça belə hesab edir.

Fransa və Almaniya hələ NATO-nun Buxarest sammitinədək postsovet ölkələri Ukrayna və Gürcüstanın Alyansa daxil olmasının əleyhinə çıxış edən Rusiyanın sərt mövqeyni dəstəkləyiblər. Cümə axşamı Alyansın sammitində onlara ÜFP-nin verilməsi haqqında konsensus əldə edilməyib.

"Almaniya və Fransanın Ukrayna və Gürcüstanın daxil olmasının əleyhinə yönəlmiş hərəkətləri yeni Paris-Berlin-Moskva təsir oxunun yaranmasından danışır. Bu ölkələr, hər şeydən əvvəl, AvroAtlantika təhlükəsizliyinə deyil, Rusiyanın geosiyasi maraqlarına üstünlük veriblər. Belə ki, onların niyyətləri kifayət qədər sarsılmazdır və düşünürəm ki, ÜFP-ə qoşulmaq üçün Ukraynanın imkanları azdır", - Ukrayna XİN Diplomatiya Akademiyası nəzdində xarici siyasət İnstitutunun ukraynalı eksperti Qriqori Perepeliça cümə axşamı Trend -a bildirib.

Ekspert hesab edir ki, xüsusilə də Fransa tərəfdən gələn izahatlar Ukryananı, ümumiyyətlə, NATO-ya qəbul etmək lazım olmadığından danışır;bu, ümumilikdə Avropa və Rusiya arasında qüvvələr balansını pozacaq. "Bu tezisin faktiki mənası göstərir ki, Rusiya Almaniya və Fransanın köməyi ilə Avropada qüvvələrin təsir sahələrinin paylaşdırılmasına nail ola bilib", - ekspert bildirib. "Bu, Ukrayna və Gürcüstan üçün təhlükəli perspektivdir. Təsir sahələrinin bu şəkildə yenidən paylaşdırılması baş verərsə, bu postsovet məkanının, belə desək, Qərbin təsirinin yayılmadığı "Rusiya həyəti" olmasının faktiki təsdiqlənməsi olacaq", - o əlavə edib.

Gürcüstanlı ekspert Ramaz Sakvarelidze hesab edir ki, Gürcüstan və Ukraynanın NATO-nun Buxarest sammitində ÜFP proqramını alması ilə bağlı ABŞ və Avropa arasında mövqe mübarizəsi, ola bilsin ki, Gürcüstan və Ukryanaya ÜFP-ni birbaşa təqdim etməyəcək, lakin NATO-ya daxil olmaq yolunda daha bir addım olacaq sənədin hazırlanması ilə başa çatacaq. "Gürcüstan və Ukraynanı ÜFP proqramını almağa hazır hesab edən ABŞ prezidenti Corc Buşun mövqeyi, həmçinin, Almaniya kanslerinin bu ölkələrin buna hazır olmadığına dair tez-tez verdiyi bəyanatlar hadisələrin bu şəkildə inkişaf etməsinə əsas olur", - cümə axşamı gürcüstanlı politoloq Sakvarelidze Trend -a bildirib.

Onun sözlərinə görə, bir şeydə əmin olmaq olar ki, ABŞ kimi, Avropa da Gürcüstan və Ukraynanın NATO-ya daxil olmaq səylərini dəstəkləyir. Gec - tez, bu baş verəcək. Lakin yaxınlaşan prezident seçkilərinə qədər, Ağ evin hazırki administrasiyasının Alyansın genişlənməsi ilə əlaqədar uğurları öz aktivinə yazması üçün ABŞ prosesi sürətləndirməyə çalışacaq. Avropa isə bunun əleyhinədir. Belə ki, Avropa məhz ABŞ rəhbərliyi dəyişəcəyindən, "qəzəblənmiş Rusiya" ilə təkbətək qalmağı arzulamır", - Sakvarelidze qeyd edib.

"Əlbəttə, Avropa birbaşa səbəbləri göstərməyəcək və Gürcüstanla bağlı münaqişələri, Ukraynayla bağlı isə, əhalinin aşağı dəstək göstəricisini etirazın motivi kimi göstərə bilər", - Sakvarelidze bildirib. Bundan əlavə, o qeyd edib ki, belə vəziyyətdə ABŞ Almaniya və Fransanı inandırmağa bütün mümkün təsir vasitələrindən maksimal dərəcədə istifadə edəcək. "Ağ ev administrasiyası kifayət qədər tərsdir və öz iradəsini zorla qəbul etdirə bilər. Kosovo faktı bunu təsdiqləyir", - ekspert əlavə edib.

"Gürcüstan və Ukraynanın NATO-ya mümkün üzvlük perspektivləri yaxşıdır. Lakin qoşulmaq prosesi Albaniya, Makedoniya və Xorvatiya kimi yeni üzvlərdə olduğundan çox vaxt aparacaq", - norveçli ekspert Asle Toje hesab edir. "Gürcüstan və ya Ukraynanın NATO-ya qəbul edilmələri haqqında danışıqlar "alov içində olan evə qanad tikmək" cəhdinə bənzəyir", - Norveçin Müdafiə Tədqiqatları İnstitutunun baş elmi əməkdaşı Toje Trend -a bildirib.

Onun sözlərinə görə, NATO-nun əsas müttəfiqləri, hələ ki, sadəcə, nəzərdən keçirilməli olan məsələlər siyahısına Rusiya və Qərbin fikir ayrılığında olduğu anları əlavə etmək istəmirlər. "Əsas güc olan, Alyansda təhlükəsizliyi təmin edən Vaşinqtonun rəyi həlledici olacaq", - ekspert qeyd edib.

Ekspert Gürcüstan və Ukraynanın əleyhinə çıxış edəcək səbəblər arasında Abxaziya və Cənubi Osetiyadakı ərazi münaqişələrini, narahat siyasi vəziyyəti və ölkələrdəki daxili parçalanmaları göstərib.

Rusiya NATO-nun Şərqə doğru genişlənməsinin əleyhinə çıxış edir və Gürcüstan və Ukraynaya Alyansa Üzvlük üzrə Fəaliyyət Planının verilməsinin əleyhinə çıxış edir. Bundan əlavə, Fransa və Almaniya da Gürcüstan və Ukraynanın NATO-ya qoşulması əleyhinə çıxış edir. Belə ki, onların rəyinə görə, bu, Avropada qüvvələr balansını dəyişə bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti