...

Azərbaycanın Kosovodan geri çağırılan sülhməramlıları gələn həftə vətənə dönəcəklər

Siyasət Materials 7 Aprel 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend ", müxbir E.Hüseynli/ Azərbaycan Silahlı Qüvvələrinin Kosovodan geri çağırılan sülhməramlıların aprelin 20-dək vətənə dönəcəyi planlaşdırılır. Bu barədə bazar ertəsi Trend a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aərbaycan Parlamenti martın əvvəllərində Kosovonun birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq vilayətdə xidmət edən azərbaycanlı sülhməramlıların geri çağırılması haqda qərar qəbul elib.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabor yaradılıb.

Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə Azərbaycanın 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər.

Qanunvericiliyə əsasən, Azərbaycan sülhməramlılarının xaricə göndərilməsi, sayının müəyyənləşdirilməsi və geri çağırılması haqda qərarı Parlament təsdiqləməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti