...

Xanlar rayonunun adı dəyişdirildi

Siyasət Materials 15 Aprel 2008 12:50 (UTC +04:00)
Xanlar rayonunun adı dəyişdirildi

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti yanında Toponomiya Komissiyası ölkənin qərbində yerləşən Xanlar rayonunun adının dəyişdirilərək Cavadxan adlandırılması haqqında qərar qəbul edib. Komissiyanınn çərşənbə axşamı keçirilən iclasında Xanlar rayonunun adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Toponomiya Komissiyası aprelin 9-da Xanlar rayonunun adının dəyişdirilib Göygöl adlandırılması ilə bağlı rayon İcra Hakimiyyətinin və sakinlərin müraciətinə baxıb. Komissiya Xanlar rayonunun Göygöl adlandırılması ilə razılaşmayıb. Toponomiya Komissiyası Xanlar rayonunun Cavadxan adlandırılması ilə bağlı tövsiyə irəli sürüb və müzakirə edilməsi üçün Xanlar rayon İcra Hakimiyyətinə göndərib.

Komissiyanın sədri akademik Budaq Budaqov bildirib ki, rayon İcra Hakimiyyəti yenidən Komissiyaya məktüb göndərərək , Xanların adının dəyişdirilərək Göygöl adlandırılmasını xahiş

edirlər.

Komissiya üzvləri Xanların adının dəyişdirilərək Göygöl adlandırılmasına etiraz ediblər. Komissiya üzvü, akademik Nailə Vəlixanlı bildirib ki, Xanların Göygöl adlandırılması düzgün deyil. Akademik Tofiq Hacıyev də onun təklifini dəstəkləyib. Akademiklər qeyd ediblər ki, Xanların adı Xanlıqla əvəz edilsin. "Xalq kortəbii şəkildə hərəkət edir və onları başa salmaq, səhf yoldan çəkindirmək lazımdır" deyə Hacıyev əlavə edib.

Budaqov isə bildirib ki, Komissiyaya göndərilən müraciətlərin əksəriyyəti xüsusi şəxslərə məxsusdur: "Komissiyaya göndərilən teleqramları imzalayan şəxslər kimi göstərilən adlar arasında bir neçə il bundan əvvəl dünyasını dəyişmiş şəxslərin adları da var, ölülərın adından Komissiyaya müraciətlər göndərilir". Xanlar rayonundan seçilmiş deputat Rövşən Rzayev qeyd edib ki, rayon sakinləri Göygöl adından başqa adı qəbul etmirlər. O, Komissiya üzvlərindən göndərilən müraciətləri nəzərə almağı xahiş edib.

Toponomiya Komissiyası Xanların adının dəyişdirilərək Göygöl adlandırılması haqda qərar qəbul edib. Məsələyə Milli Məclisin iclasında baxılacaq.

[email protected]

Xəbər lenti

Xəbər lenti