...

GUAM Rusiyanı təşkilatla əməkdaşlığa başlamağa çağırır

Siyasət Materials 16 Aprel 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" Rusiyanı təşkilatla əməkdaşlığa başlamağa çağırır. Rusiya GUAM ilə əmkdaşlıqdan kənarda qalmaya, əksinə, bu təşkilat çərçivəsində regional, iqtisadi və digər layihələr üzrə fəal əməkdaşlığa başlaya bilər. Bu barədə çərşənbə günü GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

"Biz azad iqtsadi zonaların yaradılması, GUAM bankının formalaşdırılması kimi layihələr, həmçinin terrorçuluq və mütəşəkkil cinayətkarlıq ilə mübarizə Şurası çərçivəsində əməkdaşlıq edə bilərik", - deyə Çeçelaşvili vurğulayıb.

Onun sözlərinə görə, GUAM Nizamnaməsində "Rusiyaya qarşı yönəlmiş sətir yoxdur". Çeçelaşvili həmçinin GUAM ərazilərindəki münaqişələrin nizamlanması məsələsində bu ölkənin böyük rolu və mümkün töhfələr verə biləcəyini qeyd edib. "Rusiya bu meydanda fəal oyunçudur və sirr deyil ki, Rusiyanın Ermənistan-Azərbaycan, Gürcüstan-Osetiya, Gürcüstan-Abxaziya və Dnestryanı münaqişələrin nizamlanmasında öz maraqları var. Rusiyanın iştirakı ilə bütün bu münaqişələr nə qədər tez və səmərəli həll olunarsa, bir o qədər bütün region ölkələrinin inkişafı üçün yaxşı olar", - deyə Çeçelaşvili söyləyib.

GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti