...

Azərbaycan Milli Demokrat Partiyası Böyük Məclisinin iclasının vaxtı müəyyənləşib

Siyasət Materials 19 Aprel 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Böyük Məclisinin iclası mayın 11-də keçiriləcək. AMDP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Oqtay Xəlillinin Trend a verdiyi məlumata əsasən, bu barədə qərar komitənin şənbə günü keçirilən iclasında qəbul olunub.

Azərbaycan müxalifətini təmsil edən Milli Demokrat Partiyasının sədri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov siyasətdən getdiyini bəyan edib. Partiya qurultaya hazırlaşır və bunun üçün Təşkilat Komitəsi yaradılıb. Hazırda AMDP-yə rəhbərliyi sədrin müavini Oqtay Xəlillinin başçılıq etdiyi etdiyi qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir.

Xəlillinin bildirdiyinə görə, AMDP-nin prezident seçkilərində iştirak forması və Əhməd Orucun AMDP-nin Azadlıq Partiyası ilə birləşməsi təklifi Böyük Məclisdə müzakirə olunacaq.

Onun sözlərinə görə, Böyük Məclisin iclasında həmçinin partiyanın keçmiş sədrinin istefası gündəliyə çıxarılacaq. Həmidova iclasda iştirak etmək üçün məktub göndəriləcək.

Böyük Məclisin iclasının "Ümid" Partiyasının qərargahında keçirilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti